Sen 09, 2020 12:55 Asia/Baku
  • Gürcüstanda tibbi maskadan istifadəyə nəzarət gücləndirilir

Gürcüstanda tibbi maskalardan istifadə edilməsinə nəzarət gücləndiriləcək.

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili Gürcüstan Qurumlararası Koordininasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, xüsusilə də qapalı ictimai məkanlarda tibbi maskalardan istifadə edilməsinə nəzarət sərtləşdiriləcək. 

“Vətəndaşları mümkün qədər qaydalara riayət etməyə çağırırıq. Qaydalara riayət edilməsinə həm polis, həm də əmək müfəttişliyi tərəfindən aktiv şəkildə nəzarət ediləcək”, - deyə N. Mezvrişvili bildirib.

Qeyd edək ki, Gürcüstanda son günlərdə epidemioloji durum kəskinləşib və yoluxma hallarının sayı aprel ayınadan etibarən ən yüksək həddə çatıb. Son sutka ərzində ölkədə 44 yeni yoluxma halı qeydə alınıb. 

Həmçinin bu gündən Gürcüstanda xroniki xəstəliyi olmayan və simptomları müşahidə edilməyən 18-65 yaşlı koronavirus xəstələri hotellərdə müalicə olunacaqlar. Bu barədə Gürcüstanın səhiyyə naziri  Ekaterine Tikaradze bildirib. Onun sözlərinə görə,qərardan sonra xəstələrin bir qisminin Batumi xəstəxanasından köçürülməsinə başlanılıb: "Artıq xəstələr Batumi xəstəxanasından hotelə köçürülür.  65 yaşdan yuxarı xəstələr hotellərə köçürülməyəcək, amma infeksiyaya yoluxması təsdiqlənmiş 18-65 yaş arası şəxslər xroniki xəstəlikləri olmadığı təqdirdə hoteldə müalicə alacaqlar".

Teqlər

Şərhlər