Sen 13, 2020 10:56 Asia/Baku
  • Daha 152 nəfər koronavirusa yoluxub - Gürcüstanda

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 152 yoluxma halı qeydə alınıb. 

Səhər Azəri bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  

Gürcüstanda daha 152 nəfərin "covid-19" infeksiyasına yoluxması ilə ölkədə koronavirusa yoluxanların ümumi sayı 2227 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1369 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir.

 

Teqlər

Şərhlər