Okt 24, 2020 09:37 Asia/Baku
  • Qarabağ münaqişəsinin əsas həll yolu Ermənistan qoşunlarının bütün Azərbaycan torpaqlarını tərk etməsindədir. –təhlil

Dağlıq Qarabağ regionu beynəlxalq hüquqa əsasən Azərbaycanın suveren ərazisi, Ermənistanın bu regiondakı hərbi birləşmələri isə işğalçı qüvvələrdir.

SəhərAzəri bildirir ki, Hadisələrin Azərbaycan ordusunun xeyrinə inkişaf etdiyindən şikayətlənən Ermənistan baş naziri Nikol Paşinyan iddia edib ki, Dağlıq Qarabağdakı ermənilər yox olma təhlükəsi ilə üz-üzədir. Bu günə qədər tanınmayan Dağlıq Qarabağ torpaqlarında yaşayan ermənilər Azərbaycanın nəzarəti altında sağ qalmayacaqlar. Azərbaycan ilə yalnız bir şərtlə danışığa gedə bilərik – Dağlıq Qarabağ öz müqəddəratını özü təyin etməlidir”, - deyə o, qeyd edib. Baş nazir həmçinin Facebook səhifəsində etdiyi canlı yayımda münaqişənin dinc yolla çözülməsinə də nikbin olmadığını bildirib. O deyib ki, Qarabağ məsələsinin bu mərhələdən başlayaraq diplomatik həll yolu yoxdur. Bu arada cəbhədə yaranmış vəziyyətlə əlaqədar Ermənistan mediası Rusiyanı xəyanətdə ittiham edibdir. “Armenian Reрort” analitik portalının məqaləsində deyilir: “Putin Rusiyanın Ermənistana qarşı müttəfiq və tarixi öhdəliklərini xatırlaya bilərdi. Ancaq o, bizə xəyanət etdi. Tarix mütləq təkrarlanacaq və Putin bütün ailəsi ilə birlikdə devrilən və məhv edilmiş ikinci Nikolayın taleyini yaşayacaq. Bu, tarixi bir ədalət idi. Putin Rusiyasının özünün də Çar Rusiyasının taleyi ilə qarşılaşacağını istisna etmirik. Yenə də imperiyanın çöküşü, aclıq, vətəndaş müharibəsi olacaq. Ancaq bu həm də tarixi baxımdan təbii olacaq”.Ermənistan tərəfindən bu kimi açıqlamaların verilməsinə baxmayaraq, 2008-ci ildə imzalanmış “Madrid prinsipləri”ni rədd etmiş rəsmi İrəvanın güzəştə getməyə hazır olması barədə də ziddiyyətli bəyanatları da diqqət çəkir. Qeyd etmək lazımdır ki, “Madrid prinspiləri” ermənilərin Qarabağ ətrafındakı rayonlardan çıxmasını tələb etsə də, bölgənin yekun statusunun növbəti illərdə keçiriləcək referendumla həll olunmasını nəzərdə tutur. Burada hansısa mərhələdə Dağlıq Qarabağa yüksək müxtariyyətin verilməsindən danışılırdı. Lakin mühüm bir faktı unutmaq olmaz ki, Dağlıq Qarabağ regionu beynəlxalq hüquqa əsasən Azərbaycanın suveren ərazisi, Ermənistanın bu regiondakı hərbi birləşmələri isə işğalçı qüvvələrdir. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılması tələb edilir. Amma İrəvan bu qətnamələrə məhəl qoymayıb.Üstəlik Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında Nyu-Yorkda bir qrup erməninin qarşısındakı çıxışında “sülh naminə ərazi” formulunu rədd etdiklərini, artıq yeni hərbi doktrinanın qəbul olunduğunu belə, söyləmişdi: “Yeni ərazilər uğrunda yeni müharibə!”.Hazırkı şəraitdə İran İslam Respublikası bölgədə davamlı sülh və sabitliyin bərqərarına xatir müharibənin dayandırılmasını və konfliktin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllini tərəfdarlıq edir. Bunun üçün isə əlbəttə ki, Ermənistan ordusu tezliklə Azərbaycan torpaqlarından çıxmalıdır.

Teqlər