Noy 21, 2020 11:46 Asia/Baku
  • Gürcüstanda koronavirusun 3 824 yeni halı qeydə alındı

Gürcüstanda son sutka ərzində koronavirusun 3 824 yeni halı qeydə alınıb və 3 851 xəstə sağalıb.

SəhərAzəri xəbər verir, bu barədə Gürcüstan hökuməti tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə məlumat verilib. 

Gürcüstanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 100 684  nəfər təsdiqlənib, və 81 783 xəstə koronavirusdən sağalıb, O cümlədən son sutka ərzində 3 851 xəstə sağalıb.

Gürcüstanda koronavirusdan daha 33 xəstə vəfat edib və virusdan ölənlərin ümümi sayı 927-ə çatıb. 16 802 xəstə də karantin rejimindədir.

Teqlər