Dek 02, 2020 15:19 Asia/Baku
  • Ermənistanda anti-hökumət aksiyaları davam edir

Ermənistanın incəsənət, mədəniyyət və media xadimləri paytaxt İrəvanda anti-hökumət aksiyası keçiriblər.

SəhərAzəri xəbər verir ki, Ermənistanın incəsənət xadimlərindən onlarla nəfər bu gün ötən iki gündə olduğu kimi İrəvan küçələrinə çıxaraq, aksiya keçirib.

Onlar Ermənistan hökumətinin Qarabağ savaşı əsirləri və cəsədlərinin köçürülməsi ilə bağlı məsələlərin həlli sahəsindəki fəaliyyətini tənqid ediblər.

Aksiyaçılar həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr kimi Rusiya, ABŞ və Fransanın səfirliklərinə məktublar təqdim edərək, Qarabağ savaşı əsirləri və cəsədlərinin köçürülməsi məsələsinin həllinə təkid ediblər.

Dünən də Ermənistan xalqı bu ölkə hökumətilə Azərbaycan Respublikası və Rusiya arasında Qarabağ sülh razılaşmasının imzalanmasına etiraz olaraq, aksiya keçirdi.

Aksiyaçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsi və bu ölkədə yeni bir hökumətin təşkil edilməsini istəyiblər.

Ermənistan paytaxtındakı etirazlar noyabrın onu gecəsindən və Ermənistanın baş naziri, həmçinin Azərbaycan Respublikası və Rusiyanın prezidentləri tərəfindən Qarabağda atəşkəs barədə üçtərəfli bəyanatın imzalanmasından sonra başlanıbdır.

Bu razılaşmaya əsasən, Ermənistan və Azərbaycan Respublikasının hərbçiləri arasında gedən son döyüşlərdə Azərbaycan Respublikasının ordusu tərəfindən Qarabağda azad edilmiş rayonların nəzarəti bu respublikaya verildi və Xankəndi istisna olmaqla digər işğal altında olan ərazilər də zaman cədvəli əsasında Azərbaycana təhvil verildi.

Teqlər