May 25, 2016 11:30 Asia/Baku
  • Azərbaycanın iqtisadiyyat naziri İrana səfər edib
    Azərbaycanın iqtisadiyyat naziri İrana səfər edib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu gün səhər İrana səfər edib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin deyib: Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin səfəri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin dəvəti ilə baş tutur.

İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının rəhbərləri Mahmud Vaizi və Şahin Mustafayevdir. Komissiya rəhbərləri Qəzvinə səfər edəcək və Qəzvin-Rəşt-Astara dəmiryolunun çəkilməsi prosesi ilə yaxından tanış olacaqlar.

Rəşt-Astara dəmiryolunun İranın ən önəmli dəmiryol projelərindən və beynəlxalq dəhlizlərin birləşdiyi məkan olduğunu bildirən Pakayin əlavə edib: Müqavimət İqtisadiyyatı, Təşəbbüs və Əməl ilində İran və Azərbaycanın iştirakı ilə bu önəmli proje başlanıb və gələn bir neçə il ərzində şimal-cənub dəhlizi birləşəcəkdir.

İranın Bakıdakı səfiri bildirib: Qəzvin-Rəşt yolunun, davamında Rəşt-Astara dəmiryolunun birləşməsi ilə bu tranzit yolunun istifadəyə verilməsi ilə Fars körfəzi məhsullarının dəmiryolu vasitəsi ilə Rusiya, eləcə də Qara dəniz vasitəsi ilə Avropaya nəqli mümkün olacaqdır.