Fev 19, 2018 14:58 Asia/Baku
  • Netanyahunun İrana qarşı yeni şovsu
    Netanyahunun İrana qarşı yeni şovsu

Sionist rejimin baş naziri Münhen təhlükəsizlik konfransında etdiyi çıxışında İranın istehsalı olan bir PUA-nın qalığı olduğunu iddia etdiyi bir tiki metalı iştirakçılara göstərdi. İranın xarici işlər nazirinin bu hərəkətə reaksiyası maraqlı idi Məhəmməd Cavad Zərif dedi: Benyamin Netanyahunun sözləri bir sirk tamaşası idi.

Sionist rejimin baş naziri Münhen təhlükəsizlik konfransında İran İslam Respublikasına qarşı iddialarını təkrarlayaraq deyib: İran Orta Şərq və bütün dünyaya hegemoniyasını təmin etmək ardıncadır və terrorçu hərəkətlərini davam etdirir. İran Avropa və Amerikanı hədəfə ala biləcək ballistik raketlər istehsal etməyi planlaşdırır. Netanyahu iddia edib: İran dünya o cümlədən də Avropa üçün ən əsas təhdiddir. İran Suriyada öz imperiyasını Aralıq dənizi sahillərinədək genişləndirməyi planlaşdırır. 

İsrailin baş naziri deyib: "İran rejiminə deyirəm İsrailin qətiyyətliliyini sınamaq istəməsin. Lazım gələrsə sadəcə İranın amilləri deyil onun özünə qarşı da əməliyyata keçəcəyik. "

İran İslam Respublikası xarici işlər nazirinin qeyri-qanuni İsrail rejiminin baş nazirinin yumoristik iddiaları və rəftarına reakaiyası maraqlı olub. 

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Münhen təhlükəsizlik konfransındakı çıxışının əvvəlində deyib: İsrailin baş naziri Benyamin Netanyahunun Münhendə İran barədəki çıxışı bir sirk tamaşası idi. Siz bir sirkə baxdınız və ona cavab verməyə belə dəyməz. Məhz buna görə də daha ciddi mövzulara keçirəm. 

Zərif deyib: Mən bu gün buradayam, Sizə "regionda əhatəli sülh və təhlükəsizliyin bərqərar olunması üçün kollektiv səy həyata keçməzsə sadəcə indiki nəsil deyil hətta sonrakı nəsillər üçün belə hərc-mərcliklər və daha gərgin vəziyyətin şahidi olacağıq" demək üçün.

Zərif deyib: Biz güclü bir region istəyirik, biz regionda hegemon olmaq istəmirik, hegemoniya dövrü artıq arxada qalmışdır. 

İİR XİN rəhbəri deyib: Güclü bir region yaratmaq üçün real baxışa malik olmaq və fərqləri qəbul etmək lazımdır. 

Zərif deyib: Amerika və onun yerli müştəriləri səhv seçim və qərarlarına görə əzab çəkməkdədirlər. 

İranın xarici işlər naziri deyib: Sionist rejim özünün bütün qonşularına təcavüz edib və təxminən hər gün Suriyaya qarşı qurudan və havadan təcavüzkar əməliyyatlar həyata keçirir. 

Teqlər