Yan 22, 2019 21:32 Asia/Baku
  • İsveçrə səfiri İran XİN-ə çağırılıb
    İsveçrə səfiri İran XİN-ə çağırılıb

İsveçrənin Tehrandakı səfiri Press TV kanalının müxbiri və aparcısı Mərziyyə Haşeminin həbs olunmasına etiraz olaraq, İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bəhram Qasemi deyib: İran vətəndaşı, Press TV kanalının müxbiri və aparcısı Mərziyyə Haşeminin həbsinin uzanmasına görə, bu gün Amerikanın maraqlarını qoruyan İsveçrənin Tehrandakı səfiri Markos Laytener İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının kəskin etirazları ona bəyan edilibdir.

Qasemi əlavə edib: İran Xarici İşlər Nazirliyinin Amerika məsələləri üzrə Baş İdarəsi Amerikanın dövlət məmurlarının  Press TV müxbiri ilə qeyri-insani və ayrı-seçkili rəftarlarına və onu həbs etmələrinə qarşı rəsmi notanı İsveçrə səfirinə təhvil verib və Haşeminin tez bir zamanda və qeyd-şərtsiz olaraq azad edilməsini istəyibdir.

Teqlər