-
YAP rəsmisi nazirlərin də hədəfdə olduğuna eyham vurdu
May 02, 2020 14:44Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov icra başçılarının ardınca bəzi nazirlər və komitə sədrlərinin də həbs olunmasının anonsunu verdi.
-
Azərbaycan Qazaxıstana nota verib
May 02, 2020 12:47Qazaxıstanın Bakıdakı səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılaraq ona Azərbaycan Respublikası dövlətinin etiraz notası təqdim olunub.
-
Azərbaycanlı deputat ABŞ-ın qlobal liderlik rolunu itirdiyini deyir
May 02, 2020 11:24Azərbaycan Milli Məclisinin deputatı, politoloq Elşad Mirbəşiroğlu Teleqraf Xəbər Portalı ilə müsahibədə dünyada koronavirus böhranının dərinləşməsi ilə ABŞ-ın qlobal liderlik rolunu itirdiyini bəyan edib.
-
Bəzi məmurlar İlham Əliyevin islahat proqramına ciddi yanaşmır
May 02, 2020 11:02Azərbaycan Respublikasında aparılan sosial, iqtisadi, hüquqi, siyasi islahatlara hələ də uyğunlaşa bilməyən bir sıra dövlət məmurları var.
-
Azərbaycanda daha 300 məhkum azadlığa buraxıla bilər
May 02, 2020 05:38Azərbaycan Respublikası Milli Məclisinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov may ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa buraxılacağını bildirib.
-
Azərbaycan Respublikası prezidenti ölkəsində korrupsiya və rüşvətxorluğun geniş yayıldığını dilə gətirib
May 02, 2020 05:27Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbulu zamanı ölkədə korrupsiya və rüşvətxorluğun geniş yayılmasına toxunub və belə halların təkcə yerli icra orqanlarında deyil, hətta mərkəzi icra orqanlarında da müşahidə olunduğunu dilə gətirib.
-
Azərbaycanda koronavirusa yoluxan 1854 nəfərdən 1365-i sağalıb, 25 nəfər vəfat edib
May 01, 2020 13:04Hazırkı dövrədək Azərbaycanda 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb.
-
DTX Biləsuvarın icra başçısının həbsi ilə bağlı məlumat yayıb
May 01, 2020 11:58Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti bu gün özünün rəsmi saytında yerləşdirdiyi məlumatda son günlər Azərbaycan mediyalarında yayılan, Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin koronavirusun yayılması ilə əlaqədar həyata keçirilən xüsusi tədbirlər şəraitində qanusuz əməllərə yol verdiyinə görə öz iş yerində həbs edildiyini bildirib.
-
Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər
May 01, 2020 08:27Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qaçağan kəndinin sakinləri etiraz aksiyası keçiriblər.
-
Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərin icrasına başlayıb
May 01, 2020 07:56Azərbaycan bu gündən etibarən "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.