-
Pezeşkiyan iki şəhidin ailəsinə baş çəkib
May 20, 2025 06:43İran İslam Respublikasının prezidenti Təbrizin mərhum cümə imamı və şəhid Rəisinin mühafizə dəstəsinin başçısının ailəsi ilə görüşüb.
-
Son 24 saat ərzində 126 fələstinli şəhid olub
May 20, 2025 06:35Xəstəxana mənbələri bildiriblər ki, sionistlərin Qəzzənin müxtəlif bölgələrinə bazar ertəsi səhərindən indiyə qədər həyata keçirdiyi hücumlar nəticəsində 126 nəfər şəhid olub. Tibbi mənbələr "Əl-Cəzirə"yə bildiriblər ki, İsrail rejiminin Qəzzə şəhəri və mərkəzinə ötən gecədən bəri həyata keçirdiyi hücumlarda daha 38 fələstinli şəhid olub.
-
SEPAH-ın quru qoşunlarının xüsusi təyinatlı qüvvələri ilə Azərbaycan ordusunun xüsusi təyinatlı hərbi birliklərinin birgə hərbi təlimlərinin ikinci günü, təlimin açılış mərasimi ilə davam edib.
May 19, 2025 15:17Birgə təlimin komandanı və SEPAH Quru Qoşunlarının əməliyyatlar üzrə komandir müavini, briqada generalı Vəli Mədəni açılış mərasiminin kənarında bu təlimin məqsədlərinə toxunaraq bildirib: “Bu təlim İran və Azərbaycan prezidentlərinin razılaşmalarına əsasən və hər iki ölkənin strateji, əməliyyat və hərbi hədəflərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilir. Ötən il bu təlimin birinci mərhələsi İran İslam Respublikasının ərazisində keçirilmişdi və bu il də həmin istiqamətdə Azərbaycan
-
Azərbaycanlı politoloq Türkiyə liderini kürdlərlə bazarlıq etməkdə günahlandırır
May 19, 2025 14:28Türkiyə prezidenti Rəcəb Təyyip Ərdoğanın Çaldıran döyüşünün nəticəsini türk, kürd və ərəblərin birgə zəfəri adlandırması Azərbaycanda acı təəssüf, eyni zamanda haqlı qəzəb doğurub.
-
Vitkoff: İranla danışıqların növbəti mərhələsi Avropada ola bilər
May 19, 2025 14:27Amerikanın yüksək səviyyəli müzakirəçisi bildirib ki, İranla danışıqların növbəti mərhələsi Avropada keçiriləcək.
-
Rusiyanın xarici işlər nazirinin müavini İranda əraqçi ilə görüşdü
May 19, 2025 08:30Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko, Tehran Dialoq Forumu adlı toplantıya qatılmaq və İran rəsmiləri ilə görüşmək üçün Tehrana gəlib və orada İranın XİN Seyid Abbas Əraqçi ilə görüşüb.
-
Prezident Pezeşkiyan xidmət şəhidlərinin ailələri ilə görüşdü
May 19, 2025 08:25Dünən axşam, bazar günü, doktor Məsud Pezeşkian, Xidmət Şəhidlərinin helikopter qəzasının ilk ildönümü ərəfəsində, şəhid Seyid İbrahim Rəisi (keçmiş prezident), şəhid Hüseyn Əmir Abdullahiyan (keçmiş xarici işlər naziri), şəhid Malik Rəhməti (şərqi Azərbaycan ostanının keçmiş qubernatoru) və uçuş heyətinin digər üzvlərinin ailələri ilə onların evində görüşüb, söhbət edib və onlara başsağlığı verib.
-
Şəhid Əmir Abdullahiyan və xidmət şəhidlərinin anım mərasimi
May 19, 2025 08:22Tehran – 28 Ordibehesht 1404 (18 May 2025) Şəhid Əmir Abdullahiyan və xidmət şəhidlərinin anım mərasimi bazar günü axşam saatlarında “Kuşk Bağ-e Honar” mədəni kompleksində keçirilib. Tədbirdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi, SEPAH-ın Qüds Qüvvələrinin komandiri general İsmayıl Qaani, şəhidin ailə üzvləri, eləcə də bir sıra xarici ölkələrin rəsmiləri iştirak ediblər.
-
Hacıyev: Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir
May 19, 2025 08:20Azərbaycan prezidentinin köməkçisi bəyan edib ki, Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir.
-
İran və Azərbaycan tranzit marşrutlarının tikintisinin sürətləndirilməsində maraqlıdırlar
May 19, 2025 08:17İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi tranzit yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.