-
HƏMAS: Sionist rejim başçıları mühakimə olunmalıdır; Qəzzədə 19 min uşaq şəhid olub
Apr 05, 2025 14:31Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS 5 aprel Fələstinli Uşaqların Müdafiəsi Günü münasibətilə yaydığı bəyanatda uşaqları qorumağa və sionist rejim başçılarını mühakimə etməyə çağırıb.
-
ABŞ-ın 1 milyard dollarlıq hücumları Ənsarullaha məhdud təsir göstərib
Apr 05, 2025 13:44CNN kanalı bildirib ki, ABŞ ordusunun Yəmənə qarşı əməliyyatının ümumi dəyəri üç həftədən az bir müddətdə 1 milyard dollara yaxınlaşır, amma bu hücumlar Ənsarullahın imkanlarını məhv etməyə məhdud təsir göstərmişdir.
-
ABŞ yenidən Yəmənin şimalına hücum edib
Apr 05, 2025 11:47Yəmənin Əl-Məsirə televiziyası bildirib: Amerika döyüş qırıcıları Səadanın şərqindəki “Kəhlan” bölgəsini iki dəfə bombalayıb. Bu iki hücum nəticəsində ehtimal olunan itkilərdən məlumat verilməyib.
-
Qəzzədə 39 mindən çox uşaq yetim qalıb
Apr 05, 2025 11:44Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, qatil sionist rejimin 534 gün ərzində Qəzzə zolağında törətdiyi soyqırım nəticəsində 39 min 384 uşaq valideynlərindən birini və ya hər ikisini itirib.
-
Qəzzə şəhidlərinin sayı 50 min 669 nəfərə çatıb
Apr 05, 2025 11:40Fələstinin Qəzzə zolağındakı Səhiyyə Nazirliyi İsrail rejiminin Qəzzəyə hücumları nəticəsində şəhid olanların sayının 50 min 669 nəfərə çatdığını açıqlayıb.
-
Netanyahu ilə Tramp arasında görüş ehtimal verilir.
Apr 05, 2025 10:43Axios xəbər portalına danışan mənbələr bildiriblər ki, İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi günü Ağ Evə getməyi planlaşdırır. Əgər bu görüş baş tutarsa, Netanyahu Tramp ilə tarif mövzusunda görüşən ilk xarici siyasətçi ola bilər. İranın nüvə məsələsi və Qəzzədəkı müharibə Tramp və Netanyahu arasında müzakirə olunacaq əsas mövzulardan biri olacaq.
-
Ənsarullah Yaffaya PUA hücumu edib, Yəmənin şimalında düşmən PUA-sı vurulub
Apr 05, 2025 10:23Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri “Ənsarullah”ın Yaffaya PUA hücumu etdiyini və Yəmənin şimalındakı Səədə vilayətində düşmənin PUA-sının vurulduğunu açıqlayıb.
-
Şin Bet rəisinin açıqlamaları zəlzələ kimi sarsıdıcıdır
Apr 05, 2025 09:52Sionist rejimin daxili təhlükəsizlik təşkilatının sədri bildirib ki, Netanyahu bu təşkilatdan sui-istifadə etməyə çalışıb və ondan korrupsiya ittihamı ilə məhkəməyə çıxmasını təxirə salmağa imkan verəcək rəy verməsini istəyib.
-
Çin Trampın yeni tariflərinə cavab verdi
Apr 05, 2025 09:46Çin qarşılıqlı bir hərəkətdə ABŞ-dan idxal olunan mallara 34 faizlik tariflər tətbiq edir.
-
Zelenski: Ukraynaya xarici qoşunların yerləşdirilməsi planı bir aya hazır ola bilər
Apr 05, 2025 08:56Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Avropa hərbi plançıları Ukraynaya xarici hərbi kontingentinin göndərilməsi ilə bağlı plan üzərində işləyirlər və bu planın təfərrüatları bir ay ərzində hazır ola bilər.