Münafiqlər və monarxistlərin Təbrizdə bomba quraşdırmaq cəhdi
Sen 24, 2022 12:21 Asia/Baku
Aşura diviziyasının Kəşfiyyat Təşkilatı bildirib ki, münafiqlər və monarxistlərin xalqı hədəfə almaq üçün Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində bomba quraşdırmaq cəhdinin qarşısı alınıb.
SəhərAzəri-nin məlumatına əsasən, Aşura diviziyasının Kəşfiyyat Təşkilatı bildirib ki, xanım Məhsa Əmininin vəfatı bəhanəsi ilə keçirilən qanunsuz toplantılarla eyni zamanda münafiqlərin və monarxistlərin agentləri xalqı hədəfə almaq və bu toplantılardan maksimum istifadə etmək üçün Təbrizin bəzi bölgələrində kustar üsulla hazırlanmış bombaları partlatmağa cəhd ediblər ki, xalq səfərbər qüvvələri və ya Bəsicin kəşfiyyat qüvvələrinin sayıqlığı ilə əldəqayırma bomba və partlayıcı maddələr aşkar edilib və onların agentləri də həbs edilib.