"AŞPA-nın qətnaməsi yerinə yetirilməsə sanksiyalara yol açar"
https://azeri.sahartv.ir/news/azərbaycan-i195171-_aŞpa_nın_qətnaməsi_yerinə_yetirilməsə_sanksiyalara_yol_açar_
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri" deyib: AŞPA-nın Azərbaycan Respublikası barədə qətnaməsi yerinə yetirilməsə sanksiyalara yol açar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2015 06:38 Asia/Baku
  • Ərəstun Oruclu
    Ərəstun Oruclu

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri" deyib: AŞPA-nın Azərbaycan Respublikası barədə qətnaməsi yerinə yetirilməsə sanksiyalara yol açar.

Politoloq Ərəstun Oruclu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı müzakirələr və AŞPA-nın qəbul etdiyi qətnaməni şərh edib. Bildirib ki, AŞPA-da qəbul olunmuş qətnamə, oradakı tövsiyyələr, tələblər onun göstəricisidir ki, Azərbaycan tərəfi bunu icra etməsə, (yüksək ehtimalla deyirəm ki, Azərbaycan tərəfi ən yaxşı halda bunu imitasiya etməyə cəhd edəcək, açıq şəkildə rədd etməyəcək) fikrimcə, artıq sanksiyalara yol açan qətnamədir.
Ərəstun Oruclunun fikrincə sanksiyalar ağır fəsadlar verə bilər.