İyun 29, 2015 13:23 Asia/Baku
  • Rusiya Bakı-2015 oyunlarının çempionu oldu
    Rusiya Bakı-2015 oyunlarının çempionu oldu

1-ci Avropa oyunlarının bağlanış mərasimi dünən Bakının 68 min nəfərlik idman kompleksində keçirilib.

İlk dəfə və 50 ölkədən altı mindən çox idmançının iştirakı ilə 17 gün müddətinə keçirilən bu yarışlarda Rusiya 79 qızıl medal qazanaraq, birinci olub. Yarışlara ev sahibli edən Azərbaycan Respublikası isə 21 qızıl medalla ikinci yerlə kifayətlənib.
İngiltərə 18 qızıl medalla üçüncü olub.
Bu yarışlarda idmançılar 16 olimpiya və 4 qeyri-olimpiya növündə yarışıblar.
Avropa Olimpiya Komitəsi 2012-ci ilin dekabrında bu yarışların Bakıda keçirilməsi haqda qərar qəbul edib. Yarışlar iyunun 12-dən 28-dək davam edib. Bu yarışların Bakıda keçirilməsi Qərbin kəskin tənqidlərinə məruz qalıb.
Məlumatlara görə, yarışların açılış mərasiminə 85 milyon avro, 68 min nəfərlik Bakı Olimpiya Kompleksinin inşasına isə 540 milyon avro və oyunların keçirilməsinə bütövlükdə 9 milyard avro pul xərclənib.
Azərbaycan Respublikası hökuməti bu iri xərclə bu qəbildən olan yarışların keçirilməsi üçün yuxarı standart yaradıbdır.

Teqlər