Avropa Komissiyası nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i197547-avropa_komissiyası_nümayəndə_heyətinin_bakıya_səfəri_azərbaycan_tərəfindən_təxirə_salınıb
Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2015 05:47 Asia/Baku
  • Avropa Komissiyası nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb
    Avropa Komissiyası nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb

Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycanla Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır.

"Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik", - deyə açıqlamada vurğulanır.