Azərbaycanlı zəvvarların Həccdən qayıdışı uzadılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i198091-azərbaycanlı_zəvvarların_həccdən_qayıdışı_uzadılıb
Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2015 17:27 Asia/Baku
  • Azərbaycanlı zəvvarların Həccdən qayıdışı uzadılıb
    Azərbaycanlı zəvvarların Həccdən qayıdışı uzadılıb

Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib.

Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından APA-ya verilən məlumata görə, zəvvarları gətirən sonuncu təyyarəin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti zamanı zəvvarların dönüşündə yaranan gecikmələr və problemlərlə, o cümlədən Cidd aerportunda zəvvarların etiraz aksiyası ilə bağlı geri uçuşları həyata keçirməyi öhdəsinə götürən “Flynas air” avişirkətinin cəzalandırılmasını tələb edib.

“Flynas air” Səudiyyə Krallığının dövlət büdcəsindən maliyyələşən yeganə aviaşirkətdir və kral ailəsinə məxsusdur.