Okt 11, 2015 15:27 Asia/Baku
  • Azərbaycan prezidenti Türkiyəyə başsağlığı verdi
    Azərbaycan prezidenti Türkiyəyə başsağlığı verdi

İlham Əliyev Türkiyəyə baş sağlığı verdi

Trend-in məlumatına görə Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğan ilə telefon söhbətində Ankarada baş vermiş partlayışda onlarla nəfərin həyatını itirməsini təəssüf doğuran hadisə adlandırıb və Türkiyə xalqının kədərini bölüşüb.
İlham Əliyev həmçinin, deyib: Azərbaycan Türkiyənin kənarında dayanıb və bu ölkəyə yardım etməyə öz hazırlığını elan edir.
Bu məlumata görə, Ankarada metro stansiyası yaxınlığında baş vermiş partlayışda həlak olanların sayı 97 nəfərə çatıb.
Şənbə günü baş vermiş hadisədə onlarla nəfər də yaralanıb.
Bu partlayışlar noyabrın 1-də Türkiyədə keçiriləcək Parlament seçkiləri ərəfəsində baş verib. Hələ ki, heç bir tərəf bu hadisənin məsuliyyətini üzərinə götürməyib.

Teqlər