Yoxa çıxan əsgərin anası oğlunun öldürülməsindən narahatdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i198408-yoxa_çıxan_əsgərin_anası_oğlunun_öldürülməsindən_narahatdır
Azərbaycan Respublikasının Goranboy rayonundakı N saylı hərbi hissədən bir həftədir yoxa çıxan əsgər Murad Əlizadə oğlu Əliyevin meyiti tapılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2015 08:02 Asia/Baku
  • Yoxa çıxan əsgərin anası oğlunun öldürülməsindən narahatdır
    Yoxa çıxan əsgərin anası oğlunun öldürülməsindən narahatdır

Azərbaycan Respublikasının Goranboy rayonundakı N saylı hərbi hissədən bir həftədir yoxa çıxan əsgər Murad Əlizadə oğlu Əliyevin meyiti tapılıb.

Muradın anası Təranə Məmmədovanın sözlərinə görə, oğlu ilə sonuncu dəfə oktyabrın 4-də gecə saat 12 radələrində telefonla danışıb. Oğlu narahat olduğunu, tez yatacağını deyib və kontur istəyib. Növbəti dəfə zəng edəndə isə telefonu başqası götürüb. Həmin şəxs özünü əsgər kimi təqdim edib. Anasının sözlərinə görə, həmin nömrəyə uzun müddət kontur göndərirmişlər. Həmin adam isə "müddətdən artıq xidmət edən şəxs" imiş.

Muradın nənəsi Tahirə xanım isə nəvəsinin öldürüldüyünü və Muradın meytinin onlara göstərilmədiyini deyir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Murad Əlizadə oğlu Əliyev xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər Murad Əliyevin meyiti tapılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.