Məscidin sökülməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib
Okt 14, 2015 14:00 Asia/Baku
-
Məscidin sökülməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəmkir rayonunda məscidin sökülməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
"Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb. Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib. Buna görə də, yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb.Bildiririk ki, İndiyədək, dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb. Əkisinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib.
13 Oktyabr sosial şəbəkələrdə, həm də bəzi saytlarda Azərbaycanda yeni bir məscidin sökülməsi ilə bağlı məlumatlar daxil olub. Məlumata əsasən Şəmkirin Zəyəm qəsəbəsində yerli əhalinin öz hesabına inşa etdiyi məscidin sökülməsi üçün əraziyə ağır texnika gətirilib. Yerli sakinlər etiraz etdikdən sonra dağıntı işləri müvəqqəti olaraq dayandırılıb. Yayılan digər bir məlumata görə isə məscidin sökülməməsi üçün adı qeyd olunmayan orqan əməkdaşları əlavə 40 min manat pul tələb ediblər. İddiaya görə məbləğ verilməsə məscidin söküntüsü reallaşdırılacaq.
Məscidin həyətinə etiraz üçün toplaşan dindarlar da bildiriblər ki, əgər günbəz bərpa edilməsə etirazlarını davam etdirəcəklər.