Okt 16, 2015 14:47 Asia/Baku
  • AİP bəyanat yaydı
    AİP bəyanat yaydı

Azərbaycan Respublikası İslam partiyası bildirib ki, bu ölkə parlament seçkilərində iştirak etməyəcək.

Səhər Beynəlxalq Televiziyasının İslamazeri saytına istinadla verdiyi məlumata görə, Azərbaycan İslam partiyası bir bəyanatda bildirib: Qurum rəhbərliyində baş verən dəyişikliklərlə əlaqədar olaraq partiyadaxili təşkilat məsələlərinin önəmli xarakter almasını, bununla da seçkiyə hazırlıq dövrünün məhdudluğunu nəzərə alaraq parlament seçkilərinə qatılmağımızı məqsədəuyğun hesab etmirik.
Bəyanatda həmçinin bildirilir: Azərbaycan İslam Partiyası ötən illərdə bir neçə parlament və prezident seçkilərində aktiv iştirak etmiş, namizədlər irəli sürmüşdür. Milli Məclisə növbəti çağırışla bağlı 1 noyabr 2015-ci il parlament seçkilərinə partiyadan heç bir namizəd irəli sürməmişik.
Azərbaycan Respublikası parlament seçkiləri 1 noyabrda keçiriləcək.
Azərbaycan Respublikası hökumətinin müxalifləri bu qənaətdədirlər ki, Azərbaycan Respublikasında seçkilərin keçirilməsi prosesi qeyri-demokratikdir.

Teqlər