Okt 27, 2015 17:10 Asia/Baku
  • 2 İranlı güləşçi Bakıda Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirin final mərhələsinə yüksəlib
    2 İranlı güləşçi Bakıda Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirin final mərhələsinə yüksəlib

Bakıda keçirilən Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş yarışlarının 2-ci günündə 2 gənc iranlı güləşçi yarışların final mərhələsində iştiraka vəsiqə əldə edib.

İranın güləş üzrə yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Əli Əşkani deyib: Yunan-roma güləş növü üzrə yarışlarda 76 kiloqram çəki dərəcəsində Hüseyn Fruzənde və 85 kiloqram çəki dərəcəsində Həsən Fruzənde öz rəqibləri üzərində qələbə çalaraq, turnirin final mərhələsində iştiraka vəsiqə əldə ediblər.
Ə.Əşkani əlavə edib: Vəhid Dadxah və Mehran Səadətifər isə müvafiq olaraq 100 və 69 kiloqram çəki dərəcələrində bir qələbə və bir məğlubiyyət ilə bu gün 3-cü və ya 5-ci yerlər uğrunda mübarizə aparacaqlar.
Dünən Bakıda keçirilən Rəşid Məmmədbəyov turnirinin birinci günündə yunan-roma güləş növü üzrə yarışlar zamanı iranlı güləşçilər Ümüd Armani, Puya Dadmərz və Məhəmməd Rza Muxtari öz rəqibləri üzərində qələbə çalaraq, İran yığmasına 3 qızıl medal qazandırıblar.
Rəşid Məmmədbəyov turnirinin yunan-roma güləş növü üzrə yarışları bu gün başa çatacaq.

Teqlər