Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Bakı Avropa İttifaqı ilə dialoqu davam etdirməyə hazırdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i199822-azərbaycanın_atƏt_dəki_nümayəndəliyi_bakı_avropa_İttifaqı_ilə_dialoqu_davam_etdirməyə_hazırdır
"Azərbaycan tərəfi Avropa İttifaqı ilə hər iki tərəf üçün faydalı əsaslarla dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2015 09:40 Asia/Baku
  • Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Bakı Avropa İttifaqı ilə dialoqu davam etdirməyə hazırdır
    Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Bakı Avropa İttifaqı ilə dialoqu davam etdirməyə hazırdır

"Azərbaycan tərəfi Avropa İttifaqı ilə hər iki tərəf üçün faydalı əsaslarla dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır".


APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şuranın 1078 saylı iclasında Arif Yunusun işi ilə bağlı bəyanatlara cavabında deyilir.

Bəyanatda qeyd edilir ki, noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi humanitar əsaslarla Arif Yunusun işinə dəyişiklik edib.

Xatırladaq ki, A. Yunus noyabrın 12-də Bakı Apellyasiya Məhkməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılıb. Onun haqqında başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.