Dek 05, 2015 16:50 Asia/Baku
  • Azərbaycanda dini mədrəsənin fəaliyyəti dayandırıldı
    Azərbaycanda dini mədrəsənin fəaliyyəti dayandırıldı

Azərbaycanda hökumətin islamçılara qarşı təzyiqlərinin davamında Cəlilabad Rayonunda yerləşən dini elmlər mədrəsəsinin fəaliyyəti dayandırılıb.

İslamın Səsi informasiya portalının verdiyi məlumata görə, Cəlilabad Rayonu, Göytəpə kəndində yerləşən İmam Zaman(əc) mədrəsəsi cümə günündən bağlanıb.
Azərbaycanın cənubunda yerləşən Cəlilabad Rayonu bu ölkə islamçılarının əsas mərkəzlərindən biri hesab olunur.
Cümə günü Azərbaycan Milli Məclisi yeni bir qanun qəbul edərək, dini ayinlər və mərasimlərin ölkə xaricində dini təhsil almış məzunlar tərəfindən təşkil edilməsini qadağan edib.

Teqlər