Dek 16, 2015 12:02 Asia/Baku
  • Nardaran sakinlərinin məscidlərə buraxılmamasının səbəbi nə imiş?
    Nardaran sakinlərinin məscidlərə buraxılmamasının səbəbi nə imiş?

Nardaranda güclü polis nəzarətindən əlavə məscidlərdə bağıanılıb. Sakinlərinin məscidlərə buraxılmamasının səbəbi qeydiyyatla əlaqələndirilib. Vəziyyət Nardaran əhalisi arasında narazılığa səbəb olub.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, sakinlərinin məscidlərə buraxılmamasının səbəbi Nardarandakı məscidlərin qanunsuz, yəni qeydiyyatsız fəaliyyət göstərməsidir.

M. Qurbanlı deyib ki, qanunun tələbinə görə məscidin icması olmalıdır. Məscidin icması olmasa, ora rəsmi din xadimi təyin edilə bilməz. Məscid varsa, icması yaradılmalı, qeydiyyata alınmalı, sonra oraya Qafqaz Müsəlmanları İdarəsi müvafiq olaraq, yəni məzhəbə uyğun ya axund, ya da imam təyin etməlidir”.

Noyabrın 26-da Azərbaycanın bir güşəsi olan Nardarana polis basqın edib, nəticədə 7 nəfər həlak olub, onlarla nəfəe həbs olunub və fəal dindarlar təqibə və təzyiqə məruz qalıblar.

Teqlər