Yan 19, 2016 15:48 Asia/Baku
  • AİP nüvə anlaşmasının icrası ilə bağlı İranı təbrik etdi
    AİP nüvə anlaşmasının icrası ilə bağlı İranı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr müavini Hacı İlham Əliyev nüvə anlaşmasındakı uğurlarına görə İran xalqı və dövlətini təbrik edib.

Beynəlxalq Səhər Kanalının Bakıdakı müxbiri ilə müsahibədə İran İslam Respublikasının nüvə müzakirələrində əldə etdiyi uğur münasibətilə İran xalqı və dövlətini təbrik edib və deyib: İranın bu qələbəsi öz müsbət təsirini bu ölkənin qonşu ölkələr o cümlədən Azərbaycan ilə münasibətlərində göstərmiş olacaq.

Azərbaycan İslam Partiyasının sədr müavini həmçinin, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasına işarə edərək, deyib: Bu anlaşma İran İslam Respublikası ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsinə və münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq.

Teqlər