ATƏT PA sədri Azərbaycana gəlir
https://azeri.sahartv.ir/news/azərbaycan-i204855-atƏt_pa_sədri_azərbaycana_gəlir
ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2016 09:15 Asia/Baku
  • ATƏT PA sədri Azərbaycana gəlir
    ATƏT PA sədri Azərbaycana gəlir

ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

Səfər çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.

Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.