Mart 30, 2016 17:14 Asia/Baku
  • Şeyxülislam Allahşükür Paşazadə
    Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan məscidləri və ruhanilərini ciddi nəzarətə götürür.

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib: ”Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacağıq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır”, - deyə o vurğulayıb.

Paşazadə həmçinin bildirib: “Biz dövlətimizə dəstək verməliyik. Ona görə məscidlərdə kameralar qoyulacaq. Mən özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Axundun hansı moizələr oxumasından xəbərim olmalıdır. Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər. QMİ rəhbəri kimi buna ixtiyarım var”.

Teqlər