Milli elita Azərbaycan dilində danışmır - Millət vəkili
Apr 15, 2016 17:10 Asia/Baku
Azərbaycanlı millət vəkili milli elitanın Azərbaycan dilində danışmadığından şikayətlənib.
APA-nın məlumatına görə, Parlamentin bugünkü iclasında Tahir Kərimli deyib ki, şəhərdə az qala uşaqlar da rus dilində danışır. T. Kərimli bildirib ki, xüsusən milli elitaya daxil olan bir sıra şəxslər Azərbaycan dilində danışmırlar. Millət vəkili bu kimi hallara nəzarət edilməsini vacib sayıb.
Bu sözlər Spiker Oqtay Əsədovun reaksiyası ilə üzləşib. O qeyd edib ki, öz dilində danışmayan, dilini bilməyən elita milli elita sayılmır: “Azərbaycan dili dövlət dilidir. Azərbaycanda həm də rusdilli məktəblər var. Dövlət dili ilə bağlı qanunlar qəbul etmişik və çalışmalıyıq ki, bu qanunları pozmayaraq”.