May 16, 2016 17:14 Asia/Baku
  • AİP “Tubzon
    AİP “Tubzon"a aparılan məhbuslarla bağlı bəyanat verdi

Azərbaycan İslam Partiyası şənbə günü 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbuslardan 5 nəfərinin qara maskalılar tərəfindən “Tubzon” kimi tanınan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki vərəm dispanserinə aparılması ilə bağlı bəyanat verib.

AİP-in Mətbuat Xidmətindən daxil olan bəyanatda deyilir: Əldə olunan məlumatlara görə, adətən bu müəssisəyə xəstəlik bəhanəsi ilə köçürülən məhbuslar müxtəlif növ işgəncələrə məruz qalırlar. Qeyd edək ki, həmin məhbusların sağlamlıqları yerindədir və səhhətlərindən heç bir şikayətlləri yoxdur. Onlar sadəcə dindar təbəqədən olan insanlardır. İctimaiyyətin diqqətinə onu da çatdırmaq istəyirik ki, hazırda həmin şəxslərin həyatı və sağlamlığı ciddi təhlükə və təhdidlər altında qala bilər.

Teqlər