Azərbaycanda Respublika Günü münasibəti ilə amnistiya layihəsi
Azərbaycan Milli Məclisi 10 min məhbusun əfv olunması qanunun ilk layihəsini səs çoxluğu ilə təsdiqləyib.
Azərbaycan Respublikası Milli Məclisi növbədənkənar iclasında 28 may günü Azərbaycan Respublika Günü münasibəti ilə amnistiya qanunun ilkin mətnini araşdıraraq təsdiqləyib.
Amnistiya aktının layihəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunub.
Milli Məclisin deputatları səs çoxluğu ilə amnistiya aktının lehinə səs veriblər.
Bu qanuna əsasən ictimai işlər üçün ciddi təhdidi olmayan cinayətləri törədən 10 min məhkum, o cümlədən o qədər də ağır cinayəti olmayan bir qrup qadın və cinayəti törədərkən 18 yaşına çatmayan məhkumların bir qrupu, əlil məhkumlar, 60 yaşına çatmış məhkumlar, himayə altında azyaşlı uşaqları olan şəxslər, övladı əlil olan şəxslər, ərazi bütövlüyünün müdafiəsindəki qarşıdurmalarda iştirak edən şəxslər, eləcə də Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində ev-eşiyindən didərgin düşən məhkumların bir qrupu cəzalarının qalan dövrünü, o cümlədən 3500 məhkum həbsdən əfv olunurlar.
Amnistiya aktı həmçinin təxiri həbsə məhkum olunan şəxslərin bir qrupuna şamil olur.