İyun 30, 2016 12:17 Asia/Baku
  • AİP-in Qadınlar Şurasının sədri: Dünya azadələri işğal olunmuş Qüdsün azadlığı üçün çalışmalıdır
    AİP-in Qadınlar Şurasının sədri: Dünya azadələri işğal olunmuş Qüdsün azadlığı üçün çalışmalıdır

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri xanım Növrəstə İbrahimova deyib: Mübarək Ramazan ayının son cüməsi Qüds günüdür. Biz müsəlmanlar bu günü müsəlmanların ilk qibləsi Qüds-Şərifin azad olunacağı günə qədər əziz saxlamalıyıq.

Bakıda Səhər Beynəlxalq Telekanalına müsahibə verən xanım Növrəstə İbrahimova mübarək Ramazan ayının son cüməsinin Ümumdünya Qüds Günü adlandırılması üzrə İmam Xomeyninin (rə) dəyərli təşəbbüsünə toxunub və əlavə edib: Qüds Şərif illərdir ki, cinayətkar sionistlərin çirkin əlləri ilə işğal olunub və bu unudulmamalıdır. Müsəlmanlar cinayətkar sionist rejimin işğal etdiyi Fələstinin azadlığı üçün var-güclə səy göstərməlidirlər.

İbrahimova qəsbkar sionist rejim tərəfindən Qüds Şərifin işğalını regionda digər islam ölkələrin ərazilərinin işğalının başlanğıcı adlandırıb və deyib: Erməni təcavüzkarlarının Qarabağ ərazilərinin də işğalı həmin Beytül-Müqəddəsin işğalı siyasətinin davamıdır.

AİP-in Qadınlar Şurasının sədri Ümumdünya Qüds Gününün mahiyyətinin dərk olunması və müsəlmanların dini maarifinin gücləndirilməsinin vacibliyini vurğulayıb və deyib: Belə bir şəraitdə Qüds-Şərif və Qarabağın azadlığı mümkün olacaqdır.

Teqlər