İyul 21, 2016 10:20 Asia/Baku
  • Mirşahin Ağayev
    Mirşahin Ağayev

Türkiyədə paralel hökumət başçısı və hərbi çevrilişin əsas amili kimi suçlanan Fətullah Gülən ilə müsahibə ANS-i də qurban verdi. İndi ANS rəhbərliyi qərəzsiz informasiya naminə, Fətullah Gülənlə müsahibənin xəta olduğunu başa düşüb və üzr istəyib.

"Fətullah Gülən  ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu bir mətbuat konfransı olub ki,  ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib".

Bunu Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqqında çıxardığı qərarla bağlı şirkətin baş direktoru Mirşahin Ağayev APA-ya açıqlamasında deyib.

Ağayev dolaysı ilə Azərbaycan Milli Televiziya və Radio Şurasının ANS-in yayımının bir ay müddətinə dayandırılması ilə bağlı qərarını yanlış adlandırıb, bildirib ki, anonslar, ümumiyyətlə, olmayıb və təbii ki, belə olan halda olmayan anonsların efirə getməsindən də söhbət gedə bilməz.

Mirşahin Ağayev Azərbaycan saytlarını da süçlayıb: Müashibə şəkillərində ANS-in müxbiri Qənirə Ataşova da var. Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam məsuliyyətlə bildiririk:  ANS-də Fətullah Gülənin müsahibəsinin anonsu getməyib. Tam əminliklə demək istəyirəm ki bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib".

Bütün bunlara baxmayaraq, Ağayev bildirib ki, baş verənlərdə ANS-in də səhvi olub: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın  Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq  yaradacağını güman etməzdim.

Bu ciddi xətadır və mən buna görə, ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. ANS bundan sonrakı fəaliyyətində daha ehtiyatlı olacaq.

 

MTRŞ-in qərarında qeyd olunub ki, ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrində Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb, həmçinin ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edibdir.

Şuranın məlumatında həmçinin qeyd olunub ki, Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək, məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.

İndi prerzidenti və prezidentin xanımını ilin adamı kimi mükafatlandıran ANS rəhbərliy prezidentdən bu yaman gündə xahiş edir: Əfv edin!

 

Teqlər