AİP liderinin 26 sentyabrda keçirilən referenduma münasibəti
Bakının Qobustan Qapalı Həbsxanasında saxlanılan Azərbaycan İslam Partiyasının sədi Dr. Mövsüm Səmədov 26 sentyabrda keçirilən referenduma etiraz edənlərə təşəkkürünü bildirib.
Qobustan Qapalı Həbsxanasında saxlanılan Azərbaycan İslam Partiyasının sədi Dr. Mövsüm Səmədov 26 sentyabrda keçirilən referenduma etiraz edənlərə təşəkkürünü bildirib.
AİP liderinin bəyanatında bildirilir: “Artıq 26 sentyabr tarixi geridə qaldı. Bu proseslərdə xalqa xidmət ruhiyyəsi ilə səhnədə olaraq etiraz edən və bu məsuliyyəti boynuna götürən hörmətli ruhanilərə, ziyalılara, siyasi xadimlərə, qələmi ilə həmişə həqiqəti dəstəkləyən mətbuat işçiləri ilə yanaşı Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm.”
Eyni zamanda bizə dəstəklərini nümayiş etdirən hər bir kəsə, xüsusilə İslam dünyasının hidayət çırağı olan mərcəi-təqlid Ayətullah Məkarim Şirazi cənablarına minnətdaram.”- Səmədov belə deyib.