"Yevda Abramov dövlətdən istəyir ki, Azərbaycanda şiəliyin qarşısı alınsın"
https://azeri.sahartv.ir/news/azərbaycan-i244202-yevda_abramov_dövlətdən_istəyir_ki_azərbaycanda_şiəliyin_qarşısı_alınsın
Azərbaycan İslam Partiyası Baş Məclisinin toplantısında AİP-in sədr əvəzi Hacı İlham Əliyev parlamentdə təmsil edilən qubalı deputat Yevda Abramovun müsahibəsi zamanı dini dəyərlərə və inanclı kəsimin ünvanına qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2016 10:20 Asia/Baku
  • Hacı İlham Əliyev
    Hacı İlham Əliyev

Azərbaycan İslam Partiyası Baş Məclisinin toplantısında AİP-in sədr əvəzi Hacı İlham Əliyev parlamentdə təmsil edilən qubalı deputat Yevda Abramovun müsahibəsi zamanı dini dəyərlərə və inanclı kəsimin ünvanına qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.

"İslamınsesi" saytının məlumatına görə, AİP-in sədr əvəzi Hacı İlham Əliyev qeyd edib ki, Yevda Abramov öz müsahibəsində böyük iddialar səsləndirib və çox böyük “cəsarət”lə Azərbaycan xalqının milli mənəvi dəyərlərinə toxunub:

O dövlətdən istəyir ki, Azərbaycanda şiəliyin qarşısı alınsın. Necə ki, nurçuluqla rəftar edilir, şiəliklə də elə rəftar olunsun. O bunu bir vəzifə kimi dövlət məmurlarının boynuna qoyur. Bu isə onların üzlülüyünün həddinin aşmasını və özlərini ev yiyəsi kimi aparmaqlarını göstərir.