Dek 01, 2016 17:05 Asia/Baku
  • AİP lideri Mövsüm Səmədov
    AİP lideri Mövsüm Səmədov

AİP lideri Mövsüm Səmədov noyabr ayının 29-u saxlanıldığı Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb. Bu barədə “İslamınsesi”nə Mövsüm Səmədovun yaxınları məlumat veriblər. Verilən məlumatda qeyd edilib ki, AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb.

Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir. Buna səbəb isə Penitensiar Xidmət tərəfindən verilən görüş icazəsinin yalnız Qobustan Qapalı Tipli Təcridxanasına aid olması ilə bağlıdır. Vəkil CÇM-də görüş üçün bu gün Penitensiar Xidmətə rəsmi müraciət ünvanlayacaq.

“İslamınsesi”nə açıqlama verən Yalçın İmanov qeyd etdi ki, hər hansı bir məhbus CÇM-də yalnız daxili nizam intizam qaydaları pozarkən karsa salına bilər.

 AİP lideri Mövsüm Səmədov kimi şəxsin həbsxana daxilində hər hansı nizam intizam qaydalarını pozması inandırıcı deyil.

Teqlər