Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib
Dek 21, 2016 12:21 Asia/Baku
Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.
APA-nın məlumatına görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Günler Şəvvalın atası Günler Arsalan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq, dərsdən 1 günlük uzaqlaşdırılıb.