İŞİD hədələyib ki, Rusiyanın Azərbaycandakı səfirliyini hədəfə alacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i252191-İŞİd_hədələyib_ki_rusiyanın_azərbaycandakı_səfirliyini_hədəfə_alacaq
İŞİD terror qrupu bir müraciətdə bildirib ki, Rusiyanın bütün dünyadakı səfirlikləri bu qrupun hücumları hədəflərindən olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2016 16:47 Asia/Baku
  • İŞİD hədələyib ki, Rusiyanın Azərbaycandakı səfirliyini hədəfə alacaq

İŞİD terror qrupu bir müraciətdə bildirib ki, Rusiyanın bütün dünyadakı səfirlikləri bu qrupun hücumları hədəflərindən olacaq.

Əlhəds Nyus xəbər portalının məlumatına görə, İŞİD terror qrupu bu gün PDF faylı formasında bir müraciət yayıbdır ki, Rusiyanın Uqanda, Azərbaycan Respublikası, Albaniya və bir neçə digər ölkədəki səfirlikləri ilə bağlı əlaqə məlumatları, ünvanlar və məkanlara şamil olur.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bazar ertəsi günü gecə Ankarada keçirilən bir sərgidə çıxış edərkən Türkiyənin polis məmurlarından olan Mövlut Mərt Altın Taş tərəfindən silahlı hücuma məruz qalaraq, öldürülübdür.

Bu hadisənin baş verməsilə Rusiyanın bütün dünyadakı səfirlik və konsulluqları təhlükəsizlik vəziyyətinə gətirilibdir.