Dek 28, 2016 13:48 Asia/Baku
  • Mübariz Qurbanlı
    Mübariz Qurbanlı

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki,"Azərbaycanda bir dənə də olsun sələfi, nurçu, ümumiyyətlə, qeyri-ənənəvi islami qruplar yoxdur".

“Report”-un verdiyi məlumata görə, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib: Dövlət Komitəsi dini icmaları qeydiyyata alarkən dəqiq araşdırır: "Dini icmaların qeydiyyatı üçün 50 nəfərin olması şərtdir. Azərbaycanda heç bir məsciddə nə sələfi, nə də digər qeyri-ənənəvi islami qruplar rəsmi şəkildə yoxdur. Biz də onların fəaliyyətinə imkan vermirik".

M.Qurbanlı bildirib: “Bizim özümüzün dövlət-din modelimiz var. Ona görə də məscidlərə axundluq etməli olan insanlar Azərbaycanda dini təhsil almalıdırlar.”

 

Teqlər