Yan 25, 2017 17:09 Asia/Baku
  • Bakıda xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin iclası keçirilir
    Bakıda xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin iclası keçirilir

Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin 48-ci iclası bu gün Bakıda işə başlayıb.

IRIB-nin Bakı ofisinin məlumatına görə, İran İslam Respublikası, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasının xarici işlər nazirləri müavinlərinin iştirakı ilə keçirilən bu iclasda İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini İbrahim Rəhimpur da beşnəfərlik bir heyətlə iştirak edir.

Xəzəryanı ölkələrin beş xüsusi nümayəndəsi bu iclasın açılış mərasimindəki çıxışında ümidvarlıq edib ki, sahilyanı ölkələrin başçılarının qarşıdakı sammitində imzalanmaq üçün Xəzər dənizinin hüquqi statusu konvensiyasının hazırlanması üzrə yerdə qalan halları bu iclasda əsaslı müzakirələrlə bir neçə addım irəli aparacaqlar.

İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bu iclasın açılış mərasimində etdiyi çıxışında Xəzər dənizi ilə bağlı beştərəfli əməkdaşlıqlar, o sıradan Xəzər dənizinin hüquqi statusu konvensiyasının yerdə qalan hallarının həllində İran İslam Respublikasının fəal iştirakı sahəsində Tehranın hazırlığını elan edib.

O, IRIB-nin Bakı ofisi ilə müsahibədə də deyib: Biz bu iclasın əvvəlində Xəzər dənizinin hüquqi statusu konvensiyası mətninin hazırlanması üçün bir təklif təqdim etmişik ki, iki saat fikir mübadiləsindən sonra müyəssər oldu.

Rəhimpur söyləyib: Bütövlükdə dənizin başlanğıc xətti, dibi və dibaltı kimi hallar bu iclasda bəhs olunacaq əsas hallardandır.

Teqlər