Azərbaycan R. məscidlərində üçüncü qədr gecəsi
İyun 18, 2017 13:05 Asia/Baku
Azərbaycan Respublikası məscidləri fəzilətlə dolu qədr gecələrinin üçüncü və sonuncu gecəsində də bu bərəkətli gecədə oyaq qalanlara və ürəyiyananlara bir məkan olubdur.
IRIB ofisinin Bakının Təzə Pir məscidindən verdiyi məlumata görə, bu fəzilətlə dolu sonuncu qədr gecəsində Allah möminləri və ölməz vilayət məktəbinin davamçıları mənəviyyatla dolu bir atmosferdə bir araya gələrək, öz xaliqləri ilə razu-niyaz ediblər.
Bu ölkə məscidlərində gecə oyaq qalanlar dualar oxumaq, Qurani-Kərimi başları üzərinə qoymaq və Allah-Taalanın dərgahına əl uzatmaqla öz ürəklərini dünyəvi paxırlardan təmizləyiblər.
Natiqlər də bu gecədə üçüncü qədr gecəsinin önəmini qeyd edib, dünya müsəlmanları üçün dua oxuyublar.