Komitədən kəbin qadağası
İyun 26, 2017 10:03 Asia/Baku
"Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq".
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
O qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var: "Dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək".
2011-ci ildən Azərbaycanda dini ayinlər haqda qadağalar sərtləşdirilir.