Polşa baş naziri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i274588-polşa_baş_naziri_azərbaycan_avropanın_enerji_təhlükəsizliyində_mühüm_rol_oynayır
Azərbaycan prezidenti İlham Əliyev Varşavada Polşa baş naziri xanım Beata Şidlo ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 04:35 Asia/Baku
  • Əliyev- Şidlo
    Əliyev- Şidlo

Azərbaycan prezidenti İlham Əliyev Varşavada Polşa baş naziri xanım Beata Şidlo ilə görüşüb.

APA-nın məlumatına görə, Beata Şidlo prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd edib, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd edib.

İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını deyib.

İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini deyib və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayıb.