Avq 17, 2017 18:23 Asia/Baku
  • Möhsün Səmədov
    Möhsün Səmədov

Azərbaycan İslam partiyasının sədr əvəzi bu partiyanın məhbus sədrinin Qobustan həbsxanasına göndərilməsinin araşdırılması haqda Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsinin hazırlandığını bildirib.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, Azərbaycan Respublikası İslam partiyasının sədr əvəzi Hacı İlham Əliyev deyib: İslam partiyasının məhbus sədri Möhsün Səmədovun Qobustan həbsxanasına göndərilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin qərarından sonra Ali Məhkəməyə şikayət etmişik ki, bu məsələni araşdırsın və qərar versin. 

Azərbaycan Ali Məhkəməsinin qərarı ilə Möhsün Səmədovun vəziyyətində dəyişikliyə heç bir ümidin olmadığını, amma Səmədov haqda verilən qərarın araşdırılması istiqamətində Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək üçün bu prosesin izlənilməli olduğunu, Azərbaycan Ali Məhkəməsinin də öz qərarını verməli olduğunu deyən Hacı İlham Əliyevin sözlərinə görə, bu məhkəmədən verilən qərarı araşdırması istənilib. 

Hacı İlham Əliyev Möhsün Səmədovun sağlamlığında heç bir problemin olmadığını deyib: Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi də ötən gün bizim müraciətimiz əsasında Səmədovla görüşərək danışıb. O da Azərbaycan İslam partiyasının məhbus sədrinin səhhətinin yerində olduğunu deyib və bildirb: Qaydalara əsasən hələlik onunla görüşmək və ona sovqat aparmaq mümkün deyil. Müəyyənləşən zaman ərzində bu məsələ öz normal qaydasına düşəcək. 

Möhsün Səmədovun Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilməsi qərarını Qaradağ rayon məhkəməsi verib və son vaxtlar Bakı Apelyasiya məhkəməsi də onu təsdiqləyib. 

Möhsün Səmədov 2011-ci ildə orta məktəblərdə hicab qadağası qanununa etiraz etdikdən sonra dövlət çevrilişində ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib. 

Teqlər