AR Rusiyanın S-500 raket sisteminin alıcısıdır
-
AR Rusiyanın S-500 raket sisteminin alıcısıdır
Azərbaycan Respublikası Rusiyanın ən modern silahları, o cümlədən S-500 tipli raket müdafiə sisteminin potensial alıcılarındandır.
Azərbaycan Respublikası özünün ən yeni silahlarını Rusiyadan təmin edəcək.
Dünən avqustun 22-də Rusiyada "Ordu-2017" konfransı və sərgisi açılıb və ilk dəfə olaraq bu sərginin məxfi bölməsində S-500 tipli raket müdafiə sistemi, Antey-4000 və Prometey hava hücumundan müdafiə sistemi kimi modern sistemlər sərgilənibdir.
Bakı və Ankara Rusiyanın S-500 raket sisteminin potensial alıcılarındandırlar.
"Eksport Voorujeniy" nəşrinin baş redaktoru Andrey Frolov deyir: Çin, Hindistan, Vyetnam, Əlcəzair, Qazaxıstan, Misir, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Qətər Rusiyanın yeni hava hücumundan müdafiə sistemlərini satın almağa təmayül göstəriblər.