Avq 23, 2017 11:34 Asia/Baku
  • Gündüz İsmayılov
    Gündüz İsmayılov

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir.

Komitənin sədr müavini Gündüz İsmayılov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən, dövlət təhsil sistemi dindən ayrıdır, bu baxımdan orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz.

“ Buna görə də, təhsil müəssisələrində gənclərə bütün dinlər, xüsusilə İslam dini, onun mahiyyəti barədə ətraflı məlumat verilməsi çox önəmlidir. Bu məlumatların şagirdlərə neçənci sinifdə, hansı formada və ya hansı fənn daxilində çatdırılması isə daha çox pedaqoji məsələdir.”, - deyə G. İsmayılov bildirib.

Azərbaycanda müxtəlif qeyri-islami firqələrin və ifratçı-sələfi vəhhabilərin təbliğatları nəticəsində əsil islam məarifçiliyində boşluğun olduğuna görə, orta məktəblərdə din dərsinin ayrıca fənn kimi tədris olunması haqda fikirlər səslənir.

 

Teqlər