Ərəbistan vəhhabiliyin Azərbaycan R-na nüfuz etməsinə can atır
Ərəbistanın "Kral Abdullah dini və mədəni dialoq beynəlxalq mərkəzi" Qafqaz Müsəlmanları İdarəsinin sədrini bu mərkəzin idarə şurasında üzvlüyə namizəd edib.
Allahşukür Paşazadə də "sülh və həmrəyliyin bərqərarı", "dinlər və mədəniyyətlər arasında dialoq" və "İslam dininin yüksək məqsədlərinə xidmət"ə hazır olduğunu bildirərək, Ərəbistanın "Kral Abdullah dini və mədəni dialoq beynəlxalq mərkəzi"nə üzvlük təklifi ilə razılaşıb.
"Kral Abdullah dini və mədəni dialoq beynəlxalq mərkəzi"ni Ərəbistan, İspaniya və Avstriya təsis ediblər.
Ərəbistanın vəhhabi təfəkkürlərlə regionda müsəlmanlar arasında müharibəyə və qan axıdılmasına bais olduğu və dəfələrlə ekstremist təfəkkürləri yaymaqda ittiham edildiyi bir halda azərbaycanlı məsul bir şəxsin "Kral Abdullah dini və mədəni dialoq beynəlxalq mərkəzi"nə üzvlüyü elə bir haldadır ki, əhalisinin 95 faizini müsəlmanlar təşkil edən Azərbaycan Respublikasının məktəblərində dini dərslərin tədrisi qadağandır.