Avq 31, 2017 10:03 Asia/Baku
  • Xəzər dənizinin Azərbaycan sahili də quruya bilər
    Xəzər dənizinin Azərbaycan sahili də quruya bilər

Hazırki qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyası 75 ilə quruya bilər.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialında bildirilir.

 

“Geophysical Research Letters” jurnalında dərc olunan materialda qeyd edilir ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb.

 

Ekspertlər Xəzərdə suyun səviyyəsinin daha da düşəcəyi proqnozunu verirlər. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır.

 

Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov hesab edir ki, Xəzərin səviyyəsinin aşağı düşməsi nəinki Rusiya və Qazaxıstanda, digər sahilyanı ölkələrdə, həmçinin Azərbaycanın dayaz ərazilərində də qurumaya səbəb ola bilər. 

 

 

Teqlər