Okt 02, 2017 09:48 Asia/Baku
  • Bakıda möhtəşəm Aşura mərasimi
    Bakıda möhtəşəm Aşura mərasimi

Əziz İslam Peyğəmbəri, Həzrəti Muhəmməd(s.ə.s)-in nəvəsi, müsəlmanların üçüncü imamı, Həzrəti İmam Hüseyn(ə)-ın Aşura faciəsi ilə bağlı Azərbaycan Respublikasının paytaxtı Bakıda və bu ölkənin bütün bölgələrində möhtəşəm əzadarlıq mərasimləri keçirilib. Əzadarlıq mərasimlərində minlərlə insan iştirak edib.

Azərbaycan Respublikasının telekanalları, xəbər agentlikləri və saytlarının sovet sayağı Tasua və Aşura mərasimlərini boykot etmələrinə rəğmən, inanc əhli kütləvi şəkildə əzadarlıq mərasimlərində iştirak etdi. Mərasimlər sadəcə müstəqil şəkildə fəaliyyət göstərən saytlar, o cümlədən “İslaminSesi”, “İslamazeri”, “Faktxeber”, “Deyerler”, “Maide az”saytları tərəfindən geniş işiqlandırılıb və foto- video reportajlar təqdim olunub.

Məhərrəm günlərində Bakıdakı televiziya və radio kanallarının konsert vermələrinə baxmayaraq, ictimai şəbəkələrdə də insanlar İmam Hüseyn(ə)-a sevgi bəsləyiblər.

 

Teqlər