Okt 30, 2017 11:13 Asia/Baku
  • Məsud Barizani günahı başqalarının boynuna atıb
    Məsud Barizani günahı başqalarının boynuna atıb

Məsud Barizani İraq Kürdüstanı məntəqəsinin başçılığından kənara çəkilmək üzrə rəsmi elandan sonra iddia edib ki, İraq dövləti referendum məsələsini İraq Kürdüstanına hücum üçün bəhanə edibdir.

İraq Kürdüstanı məntəqəsinində separatçılıq referendumu İraqın mərkəzi dövləti, eləcə də regional və beynəlxalq tərəflərin müxalifətlərinə rəğmən, yalnız Məsud Barizaninin israrı ilə 2017-ci il sentyabrın 25-də keçirildi.
Məsud Barizani dünən gecə öz televiziya nitqində belə iddia edib: İraq Kürdüstanı iqlimində referendumun keçirilməsində məqsəd, Ərbilin Bağdad ilə problemlərinin dinc yolla həlli olubdur.

İraq Kürdüstanı demokrat partiyasının sədri bildirib ki, hazırkı şərait müvəqqətidir və uzun müddət davam etməyəcəkdir. O, iddia edib: Əsas qanunun geri dönməsinə çalışdıq, amma faydasız idi.

Barizani separatçılıq referendumunun heç vaxt silinməyəcəyini iddia edərək, deyib: Kürdüstan məntəqəsinin İraqdan ayrılmasına çağırışın qiyməti var, amma böyük bir xəyanət ilə üzləşdik.

İraq Kürdüstanı məntəqəsinin başçısı həmçinin Amerikanı Kərkük əməliyyatında iraqlı qüvvələrə dəstək verməkdə ittiham edib və belə iddia edib: Əlhəşduşşəbi qüvvələri də kürdsakinli məntəqələrdə demoqrafik dəyişikliklər çərçivəsində addımlar atmağa səy göstərdilər.

Belə bir halda, İraq Kürdüstanı məntəqəsinin yerli parlamenti dünən axşamçağı İraq Kürdüstanı məntəqəsi başçısının ixtiyarlarının yerli dövlət, parlament və məhkəmə aparatı arasında bölüşdürülməsilə razılaşıb.

İraq Kürdüstanı məntəqəsinin yerli parlamenti həmçinin Məsud Barizaninin bu məntəqəyə başçılığının 2017-ci ilin noyabr ayının birindən uzadılmaması ilə razılaşıbdır.

İraq Kürdüstanı məntəqəsinin yerli parlamentinin qalmaqallı iclası və Barizaninin qüdrətdən kənara çəkilməsinin elan olunması ilə bir zamanda onun himayədarları parlamentə hücum edərək, toqquşmalar törədiblər.

 

 

Teqlər