Bakıda "Nəbəvi Rəhməti" adlı şer gecəsi keçirilib
Noy 18, 2017 21:35 Asia/Baku
Səfər ayının son günləri münasibəti ilə Bakıda "Nəbəvi Rəhməti" adlı şer gecəsi təşkil edilib.
İRİB-nin verdiyi məlumata görə, Azərbaycanlı mütəfəkkirlər və ədəbiyyatçıların iştirak etdiyi bu şer gecəsində Əhl Beyt(ə) şairləri imamlara olan eşq və məhəbbətlərini şer dili ilə bəyan ediblər. İslam Peyğəmbəri(s.ə.s) Kərbəla müsibəti, İmam Rza(ə) və həzrət Zeynəbin(s.ə) Kərbəla hadisəsindəki rolu şer gecəsində qiraət edilən şerlərin əsas mövzusunu təşkil edib. Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmsülimin Əli Əkbər Ocaqnejad da bu mərasimdə çıxış edərək, həzrət Məhəmməd Mustafanı(s.ə.s) "danışan Quran" və "canlı Quran" adlandırıb və deyib: Bütün Quran əhkamı və Quran əxlaqı İslam peyğəmbərinin vücudunda öz əksini tapmışdı.